ABŞ-da vaksinasiya 100 mindən çox insanın həyatını xilas edib və 450 mindən çox xəstəxanaya yerləşdirilməsinin qarşısını alıb.
AZXEBER.COM-un məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.
"Bu, kritik bir irəliləyişdir, amma daha sürətli hərəkət etməliyik", - ABŞ Prezidenti bildirib.
Onun sözlərinə görə, bu günə qədər 12 yaşdan yuxarı ölkə sakinlərinin 71% -i azı bir dozada koronavirus peyvəndi qəbul edib.
"Hazırda 170 milyondan çox insan tam peyvənd olunub," - Cozef Bayden qeyd edib.