Bayden: “Buçada baş verənləri soyqırım adlandırmıram"

Bayden: “Buçada baş verənləri soyqırım adlandırmıram"
DÜNYA
13:50 05.04.2022
467
ABŞ prezidenti Bayden növbəti dəfə Putinin haqqında sərt sözlər deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Buça şəhərində baş verən vəhşiliklərin görüntüləri ortaya çıxandan sonra ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini bir daha müharibə cinayətkarı adlandırıb.

Ukraynanın Kiyev vilayətində yerləşən Buça şəhərindən Rusiya qüvvələrinin çıxarılmasından sonra çoxlu sayda mülki vətəndaşın cəsədlərinin tapılmasına toxunan Bayden Buçadakı vəhşilikləri "müharibə cinayəti” kimi qiymətləndirib:

"Putini hərbi cinayətkar adlandırdığım üçün məni tənqid etdiyinizi xatırlayıram. Əslində, Buçada baş verənləri gördünüz. Bu, mənə haqq qazandırır. O, hərbi cinayətkardır", - Bayden deyib.

Bu mövzuda məlumat və sənədlərin toplanması lazım olduğunu qeyd edən Bayden Ukraynaya müharibəni davam etdirmək üçün lazım olan silahları verməyə davam etməli, eyni zamanda Vladimir Putinin mühakimə olunması üçün bütün detalları toplanmalı olduğunu bildirib.

Bayden Buçada baş verənləri belə qiymətləndirib:

"Buçada baş verənləri soyqırım adlandırmıram. Məncə, bu, müharibə cinayətidir”.

Bayden yaxın vaxtlarda Rusiyaya qarşı əlavə sanksiyalar elan edəcəyini də bildirib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR