Bayden: "COVİD-19 və Putin ölkədəki qiymət artımına görə məsuliyyət daşıyır”

Bayden: "COVİD-19 və Putin ölkədəki qiymət artımına görə məsuliyyət daşıyır”
DÜNYA
12:29 21.04.2022
456
ABŞ prezidenti Bayden Putini ölkəsindəki yüksək inflyasiya və yanacaq qiymətlərində günahlandırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bayden Ukraynada müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putinin ölkəsində son vaxtlar artan inflyasiya və yanacağın qiymətinin artmasına görə məsuliyyət daşıdığını bildirib.

Bayden bununla bağlı "Twitter” hesabından açıqlama verib. O, ölkədəki ailələrin son zamanlar bahalaşma ilə mübarizə apardığının fərqində olduqlarını söyləyib:

"Yanacaq qiymətləri artdıqda bunu hiss edən ailədir. Çox açıq desək, COVİD-19 və Vladimir Putin ölkədəki qiymət artımına görə məsuliyyət daşıyır”. 

Bayden həmçinin bahalaşan qiymətləri aşağı salmaq üçün əlindən gəldiyini edəcəyini bildirib. O, bu çərçivədə neft istehsalçıları ilə görüşdüyünü və ABŞ-ın strateji neft ehtiyatlarından bazara gündə 1 milyon barrel neft çıxardıqlarını xatırladıb.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR