Bayden martın sonunda Brüsseldə NATO-nun fövqəladə sammitinə qatılacaq

Bayden martın sonunda Brüsseldə NATO-nun fövqəladə sammitinə qatılacaq
DÜNYA
23:31 15.03.2022
269
ABŞ Prezidenti Cozef Bayden martın sonunda Brüsselə səfər edəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki deyib ki, Bayden Brüsseldə martın 24-də keçiriləcək NATO-nun fövqəladə sammitinə qatılacaq.

"ABŞ dövlət başçısı Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab olaraq müttəfiqlərlə birgə planlaşdırılan tədbirləri müzakirə etməyi planlaşdırır”, - Ağ Evin mətbuat katibi qeyd edib.
OXŞAR XƏBƏRLƏR