Bayden Putin haqqında söylədiyi sözlərə görə gerə peşman deyil.
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putindən "Bu adam hakimiyyətdə qalmamalıdır” sözlərinə görə geri çəkilməyəcəyini və üzr istəməyəcəyini bildirib:
"Mən bundan geri çəkilmirəm. Mən Putinin vəhşi hərəkətlərinə qəzəbimi bildirirdim. Mən bu bəyanatı ukraynalı ailələrlə görüşəndən sonra verdim. Mən burada hər hansı rejim dəyişikliyindən danışmıram. Mən bu sözlərə görə üzr istəməyəcəyəm”.
Putin haqqında söylədiyi sözlərin Ukraynada gərginliyi artıracağına inanmadığını bildirən Bayden, 'Putin bu yola davam edərsə, bütün dünyada cəmiyyətdən kənarlaşdırılacaq”, - deyə bildirib.
Bayden Putinin hakimiyyətdə qalmasını doğru hesab etmədiyini söyləyib:
"Bu adamın (Putinin) davranışına qəzəbimi bildirdim. Mənim üçün bir arzu idi ki, hakimiyyətdə qalmasın. Bu cür adamlar ölkələri idarə etməməlidirlər, amma idarə edirlər”.
Ayşən