Bayden Qəzzada atəşkəslə bağlı danışıqlar aparıb

Bayden Qəzzada atəşkəslə bağlı danışıqlar aparıb
DÜNYA
14:00 30.04.2024
116
ABŞ Prezidenti Co Bayden Misir prezidenti Sisi və Qətər əmiri Şeyx Təmimlə Qəzzada atəşkəs rejimini müzakirə edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Qəzzada atəşkəslə bağlı danışıqlar aparıb.

Mövzu ilə bağlı Ağ Evdən yazılı açıqlama verilib.

Açıqlamaya görə, Co Bayden Əbdülfəttah Es-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ayrı-ayrılıqda telefonla danışıb.

O, göstərdiyi səylərə görə təşəkkür edib.

Hər iki görüşdə Bayden hazırda müzakirə olunan və Misir və Qətərin iştirak etdiyi atəşkəs danışıqları ilə bağlı prosesi hərtərəfli müzakirə edib və Sisi və Şeyx Təmimə bu istiqamətdə göstərdikləri səylərə görə təşəkkür edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR