Bayden: "Rus xalqı bizim düşmənimiz deyil"

Bayden: "Rus xalqı bizim düşmənimiz deyil"
DÜNYA
15:08 28.03.2022
343
ABŞ prezideti Cofez Bayden növbəti dəfə Rusiyaya hədə-qorxu gəlib. 
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Bayden Ukraynadakı müharibəni avropalı liderlərlə müzakirə etmək üçün Avropa səfəri zamanı Polşanın paytaxtı Varşavada mühüm açıqlamalar verib.
 
Bayden bu dəfə də Rusiya prezidenti Vladimir Putinə qarşı sərt mövqe ortaya qoyub.
 
Bayden bildirib ki, Putin NATO ərazisinə daxil olmaq barədə düşünməməlidir. Bayden Rusiyada rejim dəyişikliyinin olması lazım olduğunu vurğulayaraq, Putin üçün "Bu adam hakimiyyətdə qalmamalıdır” deyib.
 
Çıxışında rus xalqına xitabən Bayden "Rus xalqı, siz bizim düşmənimiz deyilsiniz. Ukraynada günahsız uşaqların və insanların öldürülməsini alqışladığınıza və xəstəxanaların, məktəblərin, doğum otaqlarının bombalanmasına razılaşdığınıza inanmıram”, - deyə bildirib.
 
Rus xalqını bu müharibəyə qarşı səsini ucaltmağa çağıran Bayden "Bu müharibə sizə, rus xalqına layiq deyil” deyib.
 
Bayden verdiyi açıqlamada ABŞ-ın müttəfiq ölkələrlə birlikdə Ukraynanın yanında olduğunu bildirib: "Demokratiya və avtokratiya arasındakı bu azadlıq savaşında açıq fikirli olmalıyıq. Bizim mesajımız daim döyüşən və ön cəbhədə olan Ukraynaya və onun xalqına aydındır. Biz sizinləyik".
 
Ayşən 
OXŞAR XƏBƏRLƏR