Bayden Rusiya ilə bağlı yeni qərarları açıqladı

Bayden Rusiya ilə bağlı yeni qərarları açıqladı
DÜNYA
16:14 22.04.2022
327
ABŞ prezidenti Bayden Rusiya ilə bağlı yeni qərarlarını açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden yeni qərarlarını açıqlayıb.
 
Bayden Rusiyanın müharibənin yeni fəslinə keçməsi ilə bağlı kritik mərhələdə olduqlarını söyləyib. ABŞ prezidenti Bayden Ukraynaya əlavə 1,3 milyard dollar yardım edəcəklərini açıqlayıb ki, bunun da 800 milyonu müdafiə, 500 milyon dolları isə iqtisadiyyatı əhatə edəcək.
 
Bayden açıqlamasında Ukraynaya yardıma ağır silahlar və pilotsuz təyyarələr göndərəcəyini, eyni zamanda Konqresdən daha çox pul tələb edəcəyini söyləyib. Onun sözlərinə görə, ABŞ birbaşa cəbhə xəttinə silah göndərir. Ukraynaya yardım paketinə minaatan, sursat, uzaq mənzilli artilleriya və pilotsuz təyyarələr daxildir.
 
Bayden Ukraynanı tərk edən qaçqınlarla bağlı mühüm qərarları da açıqlayıb. O bildirib ki, ukraynalılar sığınacaq üçün Avropadan birbaşa ABŞ-a gələ biləcəklər. Hüquq sistemləri gücləndiriləcək, qaçqınlar qanuni miqrasiya yolu ilə təmin olunacaqlar.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR