Bayden Şimali Koreyaya xəbərdarlıq etdi: "Bu cür addımlar sonunuzu gətirəcək"

Bayden Şimali Koreyaya xəbərdarlıq etdi: "Bu cür addımlar sonunuzu gətirəcək"
DÜNYA
13:54 27.04.2023
243
Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir.
 
Ukraynada müharibə tam sürətlə davam edir. Amma Ukraynadan minlərlə kilometr aralıda da münaqişə ehtimalı var. Çin və Tayvan arasında gərginlik davam edərkən, Koreya yarımadasındakı gərginlik ABŞ-ın açıqlaması ilə pik həddə çatıb. 
 
Şimali Koreya həm Cənubi Koreyanı hədəfə ala biləcək taktiki nüvə silahları, həm də ABŞ materikinə çata bilən uzaqmənzilli raketlər hazırlayır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Şimali Koreyanın nüvə xəbərdarlığına cavab verib.

"Washington Times” qəzetində çıxan xəbərə görə, Bayden Şimali Koreyanın nüvə hücumunun Pxenyan rejiminin sonu olacağını açıqlayıb.

"Şimali Koreyanın ABŞ və ya onun müttəfiqləri və ya tərəfdaşlarına nüvə hücumu qəbuledilməzdir və bu cür addımlar atan rejimin sonu ilə nəticələnəcək", - deyə Bayden bildirib.
 
Qeyd edək ki, ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı mühüm saziş imzalayıb.

Müqaviləyə əsasən, ABŞ son 40 ildə ilk dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək. ABŞ yaradılacaq Nüvə Məsləhət Qrupu ilə Cənubi Koreyanı da nüvə planlaşdırma əməliyyatlarına daxil edəcək.
 
Cənubi Koreya bunun müqabilində nüvə silahı istehsal etməyə çalışmayacaq. Bu razılaşma Cənubi Koreya prezidenti Yoon Suk-yeolun ABŞ-a səfəri zamanı açıqlanıb.

Bayden, imzaladıqları müqavilənin və elan etdikləri "Vaşinqton Bəyannaməsi”nin Şimali Koreyanı iki müttəfiqin hər hansı hücumundan çəkindirmək məqsədi daşıdığını və Cənubi Koreya ilə əməkdaşlığı artırmağa imkan verəcəyini söyləyib.
 
ABŞ daha əvvəl imzaladığı müqavilə ilə Cənubi Koreyanı müdafiə etmək öhdəliyi götürüb və lazım gələrsə nüvə silahından istifadə edəcəyinə söz verib.

Bununla belə, Cənubi Koreyanın bəzi dairələri ABŞ-ın öhdəliyini şübhə altına almağa başlayıb və ölkəni öz nüvə silahı proqramını inkişaf etdirməyə çağırıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR