Baydenin Türkiyə ilə bağlı açıqlaması etiraz doğurdu - ABŞ niyə terrorizmə haqq qazandırır? - AÇIQLAMA

Baydenin Türkiyə ilə bağlı açıqlaması etiraz doğurdu - ABŞ niyə terrorizmə haqq qazandırır? - AÇIQLAMA
SİYASƏT
13:19 13.10.2023
278
ABŞ prezidenti Co Bayden bu dəfə Türkiyəni hədəf alıb.

Bayden Türkiyə ilə bağlı sərt ifadələr səsləndirərək ölkəni sivil insanları öldürməkdə ittiham edib.

ABŞ prezidenti çıxışı zamanı deyib: 
 
"Türkiyənin hərbi əməliyyatlarla bağlı atdığı addımlar regionda təhlükəsizliyi təhdid edir və mülki vətəndaşları öldürür”.
 
Bəs ABŞ-ı belə addım atmağa nə vadar edir? Qərb niyə Türkiyəni hədəfə alıb, terrorçulara niyə dəstək olur?
 
Milli Məclisin deputatı Azər Badamov məsələ ilə bağlı AZXEBER.COM-a danışıb.
 

 

Deputat deyib ki, Baydenin Türkiyəni ittiham etməsi birmənalı başa düşülən deyil:
 
"Baydenin Türkiyəni sivil insanları öldürməkdə ittiham etməsi ifadəsinin hansı məntiqə əsaslandığını başa düşülən deyil. Türkiyə ABŞ-dan fərqli olaraq dünyada sabitləşdirici rola malikdir. Dünyada baş verən münaqişlərin dinc yolla həll olunmasına Türkiyə vasitəçi olmaq təşəbbüsü ilə həmişə çıxış edir. Türkiyə həm də terrorçuluğa qarşı amansız mübarizə aparır. Bayden Türkiyənin zərərsizləşdirdiyi terrorçuları dinc insanlarla müqayisə edirsə, burada hər şey aydın olur. Terror bütün cəmiyyət üçün təhlükədir. Dünya bu bəla ilə mübarizədə birləşməlidir. 

Təəssüf ki, ABŞ kimi böyük bir ölkənin rəhbəri  terrorçuları sivil insanlarla eyniləşdirirsə, bunu bir daha ABŞ-ın niyyətini və terrorizmə haqq qazandırması kimi başa düşmək olar.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR