ABŞ prezidenti Co Bayden Polşada ukraynalı qaçqınlarla görüşüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Amerikalı lider Varşavanın Milli Stadionunda həm qaçqınlarla həm də onlara kömək edən könüllülərlə söhbət aparıb.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən martın 21-dək Ukraynadan qonşu dövlətlərə 3,5 milyondan çox qaçqın gəlib.