Bayden ukraynalıların cəsarətinə heyran olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden iki aya yaxındır rus ordusuna qarşı mübarizə aparan Ukrayna ordusunun uğurlarını yüksək qiymətləndirib. Həmçinin o, ukraynalıların cəsarətinə və gücünə heyran olduğunu bildirib.
Co Bayden ukraynalılarla bağlı bu sözləri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə görüşü zamanı deyib.
Görüş zamanı Ukraynadakı müharibə müzakirə edilib. ABŞ prezidenti Rusiyanın hücumu başlayandan sonra Ağ Evdəki amerikalı hərbi liderləri Ukraynanı silahlandırdıqlarına və məsləhət verdiklərinə görə tərifləyib:
"Mən cəsur ukraynalıları öz dövlətlərini müdafiə etmək üçün silahlandırmaq və təchiz etmək üçün gördüyünüz müstəsna işi təqdir etmək istəyirəm".
O, həmçinin bildirib ki, Ukraynadan belə güclü mübarizə gözləmirdi:
"Sizi bilmirəm, amma mən müharibədən əvvəl bir neçə dəfə Ukraynada olmuşam - Radada çıxış etmişəm. Mən Ukraynada baş verənlərlə dərindən maraqlanmışam. Bilirdim ki, onlar qürurludurlar. Sizə deyim ki, onlar düşündüyümdən daha çox əzmli və qürurludurlar”.
Ayşən