Bayden vaxtından əvvəl vəzifədən gedə bilər

DÜNYA
20:34 19.08.2024
157
ABŞ-nin Nümayəndələr Palatasının "Respublikaçılar” partiyasından olan üzvləri prezident Co Baydenin impiçmentinə səbəb olacaq hesabatı Konqresə təqdim edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 291 səhifəlik sənəddə bildirilib ki, Ağ Ev rəhbəri 2014-cü ildən bəri şəxsi nüfuzundan istifadə edərək ailə üzvlərinə aid şirkətlərin ticarət əməliyyatlarının təşviqi müqabilində külli-miqdarda gəlir qazanıb.

O, həmçinin ABŞ-də biznesini inkişaf etdirmək istəyən rumıniyalı iş adamından rüşvət almaqda da ittiham olunur. Hələlik Nümayəndələr Palatasının rəhbəri Mayk Consonun impiçment dinləmələri haqda qərar verib-verməyəcəyi aydın deyil. Lakin məsələ müzakirəyə çıxarılsa, o vaxtından əvvəl vəzifədən gedə bilər.

Qeyd edək ki, Сo Baydenin səlahiyyət müddəti yanvarın 20-də başa çatır.
OXŞAR XƏBƏRLƏR