Bayden və Putin arasında telefon danışığı olub

Bayden və Putin arasında telefon danışığı olub
DÜNYA
21:41 09.07.2021
1920
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

TASS xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

Məlumata əsasən, dövlət başçıları kibertəhlükəsizlik və Suriya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bayden Rusiya dövlət başçısını kibercinayətkarlara qarşı tədbirlər görməyə çağırıb. O bildirib ki, ABŞ öz infrastrukturunu kiberhücumlardan qorumaq üçün lazımi tədbirlər görəcək.
OXŞAR XƏBƏRLƏR