Bayden Zelenski ilə görüşündə Ukraynaya dəstəyini təkrarlayıb

DÜNYA
11:57 26.09.2024
158
Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı Kiyevə hərtərəfli dəstəyi davam etdirəcəklərini vurğulayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ağ ev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasları çərçivəsində Bayden və Zelenskinin görüşü ilə bağlı yazılı açıqlama verib.

Açıqlamaya görə, Bayden Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya güclü dəstəyinin davam edəcəyi mesajını verib və Ukraynaya elan ediləcək yeni yardım paketini xatırladıb.

Digər tərəfdən, Pentaqonun Bayden-Zelenski görüşü zamanı verdiyi açıqlamada Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardımın göndəriləcəyi bildirilib.

Müvafiq olaraq, ABŞ Kiyevə Ukraynaya hava-yer tipli raket sursatları, HIMARS raketləri, 155 və 105 millimetrlik silahlar və "Javelin” tank əleyhinə silahlar kimi əhəmiyyətli miqdarda silah göndərəcək.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR