ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır.
AZXEBER COM "report"a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenskiyə zəng edərək şəxsən məlumat verib.
ABŞ-ın yeni hərbi yardım paketinə əlavə artilleriya, sahil müdafiə silahları, qabaqcıl raket sistemləri üçün sursat daxildir.
Ətraflı
Bundan əlavə, Bayden 225 milyon dollarlıq humanitar yardım paketini açıqlayıb. Vəsaitlər ukraynalıları qida, mənzil və əsas ehtiyaclarla təmin etmək üçün istifadə olunacaq.