Baydendən Afrikaya 1 milyard dollarlıq yardım

DÜNYA
13:49 04.12.2024
152
ABŞ Prezidenti Co Bayden Anqolaya səfəri çərçivəsində tarixi quraqlıqlar səbəbiylə köçkün düşmüş afrikalılar üçün 1 milyard dollar yardım ayırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Luandadakı köləlik muzeyini ziyarət etdikdən sonra açıqlama verən Bayden prezidentliyi dövründə Afrika qitəsi ilə ortaq ideallara nail olmaq üçün güclü tərəfdaşlıq qurmağı hədəflədiyini deyib.

Bayden çıxışında tarixi quraqlıqlar səbəbiylə köçkün düşmüş afrikalılar üçün 1 milyard dollardan çox humanitar yardım edəcəklərini açıqlayıb.

O, Afrika liderlərinin öz ölkələrinə yardımdan daha çox investisiya gözlədiklərini və ABŞ-nin bu məqsədlə Afrika ölkələri ilə əlaqələrini genişləndirdiyini bildirib.

Anqola prezidenti Coao Lourenkonu regiondakı münaqişələrin həllində vasitəçilik etməyə çağıran Bayden Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxdığına görə Lourenkoya təşəkkür edib.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR