ABŞ Prezidenti Co Bayden hücumların davam etdiyi Qəzzada xəstəxanaların qorunmalı olduğunu ifadə edib.
AZXEBER.COM xarici medisya istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden jurnalistlərin İsrail ordusunun Qəzzada mülki şəxsləri və səhiyyə müəssisələrini hədəf alması ilə bağlı suallarını cavablandırıb.
O, açıqlamasında "Bildiyiniz kimi, mən baş verənlərlə bağlı narahatlığımı bildirməkdən çəkinməmişəm. Mənim ümidim və gözləntilərim xəstəxanalara qarşı daha az müdaxilə tədbirlərinin olacağı və israillilərlə əlaqə saxlayacağımızdır. Buna görə bir az ümidliyəm, amma xəstəxanaların qorunması lazımdır",- deyə bildirib.
Ayşən