Baydendən Ukrayna ilə bağlı ŞOK QƏRAR: Silah, ərzaq...

Baydendən Ukrayna ilə bağlı ŞOK QƏRAR: Silah, ərzaq...
DÜNYA
11:46 01.06.2022
528
Co Bayden Ukrayna ilə bağlı yeni qərarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb.

Digər ölkələrin Ukraynaya həm hərbi, həm humanitar, həm də maliyyə dəstəyi verdiyini qeyd edən Bayden ABŞ-ın bu müharibə ilə bağlı mövqeyini açıqlayıb:

"ABŞ-ın məqsədi bəllidir: biz demokratik, müstəqil, suveren və firavan Ukraynanı gələcək təhdidlərdən qoruya bilən Ukrayna istəyirik”. Bayden deyib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin dediyi kimi, bu müharibənin sonunda demokratiya qalib gələcək.

Bayden, həmçinin ABŞ-ın Ukraynaya verdiyi silahlarla bu ölkənin əlini danışıqlar masasında gücləndirməyi hədəflədiyini qeyd edib. Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden ABŞ-ın Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemləri, İHA və Mi-17 kimi qabaqcıl silahları göndərməyə davam edəcəyini qeyd edib. 

Bayden bəyan edib ki, ABŞ ərzaq böhranının pisləşməsinin qarşısını almaq üçün tərəfdaşları ilə çalışacaq, digər tərəfdən də Avropanın qalıq yanacaqlar üzrə Rusiyadan asılılığını azaltmağa çalışacaq.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR