Baydenin İsraillə bağlı söylədiyi fikir hər kəsi təəccübləndirdi

Baydenin İsraillə bağlı söylədiyi fikir hər kəsi təəccübləndirdi
DÜNYA
11:28 21.10.2023
221

ABŞ Prezidenti Co Baydenin "İsrail quru əməliyyatını təxirə salmalıdır” cavabı hər kəsi təəccübləndirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailə dəstək səfəri zamanı verdiyi açıqlamalarla reaksiyalara səbəb olan ABŞ Prezidenti Co Baydenin təyyarəyə minərkən jurnalistin sualına verdiyi cavab hər kəsi şoka salıb. 

Oktyabrın 7-də İsrailə basqın zamanı onlarla insanı girov götürən HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadaları dünən iki amerikalı məhbusu azad etdiklərini açıqlayıb. Bayden həmçinin azadlığa çıxan ana və qızına görə Qətər və İsrailə təşəkkür edib. 

Bundan sonra Bayden təyyarəsinə minərkən bir jurnalist: "İsrail daha çox girovu azad etmək üçün Qəzzada mümkün quru əməliyyatını dayandırmalıdırmı?" sualını verib.

ABŞ prezidentinin bu suala "Bəli” deməsi digər jurnalistləri də şoka salıb. 

Mübahisəli fikirlə bağlı Ağ Evdən düzəliş gecikməyib. Ağ Evin sözçüsü Ben LaBolt deyib:

"Prezident səfərdə idi və sualı ümumiyyətlə eşidə bilmədi. O, bunu belə başa düşdü: Daha çox girovların azad edilməsini görmək istərdinizmi?”.

Ayşən

OXŞAR XƏBƏRLƏR