ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı üç ittiham irəli sürülüb.
AZXEBER.COM xəbər verir ki, hər üç ittiham odlu silahla bağlıdır.
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden federal prokuror tərəfindən silah alarkən və narkotik aludəçisi olduğu halda silaha sahib olmaqda ittiham edilib.
İlk iki ittiham üzrə 5 ildən 10 ilədək həbs cəzası, üçüncü ittiham üzrə isə 10 ilədək həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ-də federal qanuna görə, silah alqı-satqı ərizəsi formasında yalan ifadə vermək və ya narkotik istifadəçisi kimi odlu silaha sahib olmaq cinayət sayılır.
Ayşən