Xəbər verdiyimiz kimi İsrailin Qəzzada xəstəxana qətliamından sonra ABŞ prezidenti Co Bayden Təl-Əvivə gedərək İsrailin baş naziri Netanyahu ilə görüşüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Bayden İsrailə rəsmi səfər çərçivəsində İsrailin Qəzzada xəstəxananı bombalamasını və 500 nəfərin ölümünə səbəb olduğunu müdafiə edərək "Partlayışın digər tərəfdən edildiyi görünür" deyib.
Bayden çıxışından sonra jurnalistlərin suallarını cavablandırmağı qəbul etməyib. Bu zaman jurnalistlər və mühafizəçilər arasında qarşıdurma yaranıb.
Aysel