Baydenin seçiciləri durmadan azalır, Tramp yenidən prezident seçilə bilər?

Baydenin seçiciləri durmadan azalır, Tramp yenidən prezident seçilə bilər?
DÜNYA
11:17 07.11.2023
193
ABŞ-da aparılan yeni sorğuya görə, ABŞ Prezidenti Co Baydenin seçiciləri günü-gündən azalır.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Bayden 2020-ci il prezident seçkilərində ən çox səs aldığı 6 ştatdan 5-də keçmiş prezident Donald Trampı geridə qoyub.

"New York Times" jurnalının "Siena College"i ilə təşkil etdiyi birgə sorğuda ABŞ-da 2024-cü il prezident seçkilərinə təxminən bir il qalmış Baydenin son seçkilərdə qalib gəldiyi ştatlarda Trampın səslərinin öndə olduğu bildirilib. Həmin ştatlar Pensilvaniya, Miçiqan, Corciya, Nevada və Arizonadır.

Belə ki, Respublikaçı namizədlər arasında yarışda açıq-aşkar liderlik edən Tramp sözügedən ştatlarda 3-9 bal fərq qazanıb.
 
2020-ci il prezident seçkilərində Tramp seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham olunduğu Corciya ştatını əhatə edən sorğunun nəticələrinə görə, Baydeni 6 xal (49-43 faiz) qabaqlayıb.

Sorğuda iştirak edən Amerika vətəndaşlarının əksəriyyəti 77 yaşlı Trampı əqli cəhətdən bacarıqlı tapdıqlarını bildirsələr də, Baydenin yaşının irəliləməsindən narahat olduqlarını ifadə ediblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR