"Bayer 04" - "Qarabağ" oyunu başlayıb - CANLI YAYIM

İDMAN
23:05 26.10.2023
624
Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

AZXEBER.COM xəbər verir ki, "Bay Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını 5:1 hesabı ilə üstələyib.

OXŞAR XƏBƏRLƏR