"Bayer 04" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

İDMAN
12:25 24.10.2023
213
Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununun təyinatları bəlli olub.

AZXEBER.COM-un məlumatına görə, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Alexandru Cerei kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Szabolş Kovaç yerinə yetirəcək.

VAR-da portuqaliyalı Tiaqu Marins və italiyalı Paolo Valeri olacaq.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq "Bayer 04" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR