“Bayer 04”ün kapitanı: “Qarabağ”la matça çox yaxşı qoşulduq və qolu tez vurduq”

İDMAN
13:26 27.10.2023
236
"Matça çox yaxşı qoşulduq və qolu tez vurduq”.

Bunu Almaniyanın "Bayer 04” klubunun kapitanı Rob Andrix "Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunu barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi "Bay-Arena”dakı görüşü yüksək səviyyədə keçirdiklərini söyləyib. Almaniyalı futbolçu nəzarəti itirdikləri bir neçə dəqiqəlik dönəmdə qol buraxdıqlarını etiraf edib: "Oynamaq həqiqətən də əyləncəli idi. Vurduğumuz erkən qoldan sonra meydanda mövqeyimizi itirdik. Lakin ondan sonra yenidən nəzarəti ələ keçirdik və sona qədər belə oynadıq”.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun noyabrın 9-da Bakıda reallaşacaq.
 
///report
OXŞAR XƏBƏRLƏR