“Bavariya” Kompani ilə müqaviləni uzatdı

“Bavariya” Kompani ilə müqaviləni uzatdı
İDMAN
15:49 21.10.2025
164
Almaniyanın ”Bavariya" klubu baş məşqçisi Vensan Kompani ilə yeni müqavilə imzalayıb.

AZXEBER.COM xəbər verir ki, 39 yaşlı belçikalı mütəxəssisin sözləşməsi 2029-cu ilə qədər uzadılıb.

Kompani 2024-cü ilin yayında "Bavariya”in "sükanı arxasına” keçib və ilk mövsümündəcə komandanı yenidən Bundesliqa çempionu edib. Onun rəhbərliyi altında Münhen təmsilçisi cəmi iki məğlubiyyət alıb və ötən mövsüm Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib.

Bu mövsümə də "Bavariya” uğurlu start götürüb – Vensanın komandası Bundesliqada keçirdiyi ilk yeddi oyunun hamısında qələbə qazanıb və turnir cədvəlinə başçılıq edir.

Kompani müqavilənin uzadılmasından sonra deyib:

"Bavariya”də olduğum ilk gündən etibarən mənə göstərilən inam və şərait üçün minnətdaram. Klubun dəyərlərini yaxşı anlayıram və birlikdə daha çox uğur qazanmaq istəyirəm”.

Klubun baş direktoru Yan-Kristian Drizen isə bildirib:
 
"Vensan Kompani "Bavariya”ya sevinc və enerji qaytardı. Onun rəhbərliyi altında komanda həm dominant, həm də cəlbedici futbol oynayır”.

Qeyd edək ki, Kompani futbolçu kimi "Mançester Siti” ilə dörd dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Məşqçi karyerasında "Anderlext” və "Börnli”də çalışdıqdan sonra "Bavariya”ya keçib.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR