'Bayern Münhen' ulduz futbolçusunu satdı

İDMAN
18:07 08.07.2013
2421

Ötən mövsüm Avropada “at oynadan” “Bayern Münhen” klubu aparıcı futbolçularından biri ilə vidalaşıb.

AZXEBER.COM-un məlumatına görə, forvard Mario Qomez bundan sonra “Fiorentina”nın şərəfini qoruyacaq.

İtalyanlar 27 yaşlı hücumçuya görə 16 milyon avro ödəyəcək. Qomezin “Fiorentina” ilə 4 illik müqavilə imzalayacağı və ilə 4 milyon avro qazanacağı gözlənilirdi.

İtaliyanın digər klubu “Napoli” Almaniya yığmasının forvardına görə Münhen təmsilçisinə 22 milyon avro təklif etsə də, futbolçunun istəyini nəzərə alan Almaniya nəhəngi onu “bənövşəyilər”ə satıb.

Qeyd edək ki, Mario Qomez “Ştutqart” və “Bayern”in heyətində keçirdiyi 373 oyunda 221 top vurub. 

OXŞAR XƏBƏRLƏR