Bayrağımızı təpikləyən jurnalistin dərsi verilib - VIDEO

Bayrağımızı təpikləyən jurnalistin dərsi verilib - VIDEO
MEDIA
00:08 01.06.2012
3079
Azərbaycanı təhqir edən jurnalistin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölümlə də hədələndiyi bildirilsə də, Xarici İşlər Nazirliyi bunu təkzib edir”
Norveç Yayım Korporasiyası norveçli jurnalistin Azərbaycan aeroportunda döyülüb soyundurulması iddiası ilə bağlı narahatlığını bildirib.Korporasiyanın kommunikasiya direktoru Tommy Hansen AzadlıqRadiosuna deyib ki, jurnalist Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölümlə də hədələnib:«POLİS RƏSMİSİ BAŞ VERƏNLƏRİ KAMERAYA ÇƏKİB»«Jurnalist təhlükəsizlik kontrolundan keçib və onun pasportu yoxlanılıb. Sonra onu sorğu-sual etmək üçün bir otağa aparıblar. O, 7-yə qədər polisin nəzarəti altında sorğuya çəkilib. Onu alt paltarlarınacan soyundurublar və İran bayrağının üstünə çıxardıblar. Onu həmçinin öldürməklə hədələyiblər. Biz baş verənləri qəbuledilməz hesab edirik. Bu, «Eurovision» Mahnı Yarışması ərəfəsində jurnalistlərə azad işləmək üçün hər cür şərait yaradacağına söz verən Azərbaycanda insan hüquqlarının ciddi pozuntusudur. Jurnalistin başına gətirilənlər polis rəsmisi tərəfindən videoya da çəkilib».Norveçdə satirik proqram müəllifi olan Amir Asgharnejad «Eurovision 2012» həftəsində Norveç heyətində Bakıya gəlib və burda Azərbaycanla bağlı satirik video-süjetlər hazırlayıb. Onun aeroporta incidilməsiylə bağlı iddialara Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, jurnalist ölkəyə gələndə saçı uzun, üzü isə tüklü olub. Burdan çıxanda isə saçını kəsdirib. Nazirlik bildirir ki, bu fərq aydınlaşdırıldıqdan sonra jurnalist təyyarəsinə belə gecikmədən ölkəsinə qayıdıb.Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev:«BU JURNALİSTDƏN HƏR ŞEY GÖZLƏNİLƏNDİR»«Bu, tamamilə yanlış bir məlumatdır, Azərbaycana ləkə gətirmək cəhdidir. Bir jurnalist ki, videoçarx çəkir və orda Azərbaycanın bayrağına təhqiramiz yanaşır, təbii ki, ondan hər şey gözlənilər. Bu jurnalistin sifarişli çəkilişlər aparması da şübhə doğurmur. O, bizim tariximizi, mədəniyyətimizi təhqir etməyə, ölkəmizdə gedən inkişafı neqativ şəkildə göstərməyə çalışıb».Norveç mətbuatı yazır ki, Amir Asgharnejadın iddia etdiyi olayla əlaqədar Norveç Xarici İşlər Nazirliyi Azərbaycandakı nümayəndəsinə araşdırma aparılması üçün müraciət yollayıb.Elman Abdullayev bildirir ki, bu jurnalisti ciddi qəbul etmək lazım deyil:«Gördüyünüz kimi, o videoda bu şəxs anormal hərəkətlər edib. Əyilmək, yaxud Norveçin adına İran demək... Bu, şəxsin psixoloji problemi olmasına bənzəyir, normal insan belə hərəkətlər etmir. Bu, Azərbaycan tərəfinə yönəlmiş iftiradır. Ümumiyyətlə, hesab edirəm ki, belə bir iftiranı ciddiyə almaq da düzgün deyil».Bakıdakı Norveç səfirliyindən məsələyə münasibət öyrənmək hələlik mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib