Bayram bazarlığı neçəyə başa gəlir? - QİMYƏTLƏR

Bayram bazarlığı neçəyə başa gəlir? - QİMYƏTLƏR
SOSİAL
13:27 27.12.2023
186
Yeni ilin gəlməsinə sayılı gülər qalıb. Hər kəsin ilin son günün yola salıb 2024-ci ili qarşılamağa hazırlıqlar görür. 

AZXEBER.COM xəbər verir ki, bu məqsədlə bayram hazırlığını görəcək şəxsləri xüsusi qeyd etmək lazımdır.

Yenili ili evində qarşılayan şəxslər bayram alış-verişi üçün bazarlara üz tuturlar. 

Bir ailənin bayram süfrəsinin neçəyə başa gəlməsi isə maraq doğrur. 

Bayram süfrəsində əvəzolunmaz yeri olan plov üçün bu qədər xərc tələb olunur:

1 kq düyü - 3.60 AZN, 1 kq qaysı - 8-12 AZN, 1 kq kişmiş - 8 - 13 AZN, 1 kq şabalıd - 7 AZN, 1 kq soğan - 0.50 - 0.90 AZN, 1 kq ət - 14-18 AZN.
Paytaxt salatı bu qiymətə başa gəlir:

1 ədəd yumurta - 0.18 manat, 1 kq kartof - 0.70 - 1.60 manat, 1 kq kök - 1.70 manat, yaşıl noxud - 3 manat, 1 dəstə göyərti - 0.20 manat, 1 banka xiyar turşusu - 3 manat, mayonez  - 3.60 - 6 manat.

Bundan əlavə pomidorun qiymməti 3 - 6 manat, xiyarın qiyməti isə 4 - 12 manat arasında dəyişir. Yerli portağal 3 AZN, alma isə 0.70 - 3 AZN-ə arasında təklif olunur.
OXŞAR XƏBƏRLƏR