"Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcək".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Şəfa Mehmanqızının sözlərinə görə, sərnişin sıxlığını nəzərə alaraq xəttə əlavə 200 ehtiyat avtobus ayrılıb:
"Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür".