Bayram günlərində hava və tibbi-meteoroloji proqnoz

MARAQLI
17:31 29.08.2011
1620

Bakı və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. Avqustun 31-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub küləyi 8-13, gündüz arabir 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq. Sentyabrın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 17-21, gündüz 28-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 30-da əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Cənub küləyi 5-10 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq. Avqustun 31-i və sentyabrın 1-də də hava əsasən yağmursuz keçəcək, səhər bəzi dağlıq ərazilərdə duman gözlənilir. Cənub küləyi 5-10 m/s, avqustun 31-də dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə 16-21, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə istgi olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

OXŞAR XƏBƏRLƏR