Bayram günlərində Şuşaya giriş-çıxışa məhdudiyyət qoyulmayıb - RƏSMİ

Bayram günlərində Şuşaya giriş-çıxışa məhdudiyyət qoyulmayıb - RƏSMİ
SOSİAL
21:01 20.12.2023
160
Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndəliyinin məlumatında deyilir.

Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

"Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.
OXŞAR XƏBƏRLƏR