Bayram günlərində taksi qiymətlərində dəyişiklik var? - VİDEO

Bayram günlərində taksi qiymətlərində dəyişiklik var? - VİDEO
SOSİAL
20:49 22.03.2026
276
Bayramlarda adətən şəhərdə sakitçilik olur. Sakinlərin bir qismi rayona üz tutur, digərləri də evdə qalmağa üstünlük verir. Nəticədə yollar boşalır.

Bəs boş yollar taksi qiymətlərinə nə dərəcədə təsir edir?

30 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Rəhim Həsənov deyir ki, bayramlarda müştərilərin sayı azalır.
Qiymətlərdə bir o qədər fərq olmadığı deyildi.

Digər taksi sürücüsü isə bildirdi ki, yollar boş olanda uzaq məsafələrdə qiymət fərqi az da olsa, olur. Ancaq yaxın məsafəyə gedəndə, qiymət eyni qalır.

Taksi xidməti göstərən proqramları da yoxladıq.

Müşahidələrimiz onu göstərdi ki, elə də ciddi qiymət fərqi yoxdur. Elə proqramla taksi xidməti göstərən sürücülər də deyir ki, qiymət artımı yalnız yollardakı vəziyyətlə bağlıdır.

/Xəzər TV

OXŞAR XƏBƏRLƏR