Bayram günü metro gecə 1-ə kimi işləyəcək

Bayram günü metro gecə 1-ə kimi işləyəcək
SOSİAL
10:55 26.12.2019
2014
Bayram günlərində "Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. 

QSC-dən AZXEBER.COM-a daxil olan məlumata görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. 

Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacaq.
OXŞAR XƏBƏRLƏR