Bayram günləri ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA

Bayram günləri ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA
SOSİAL
10:45 25.06.2021
480
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, məlum olduğu kimi 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.
OXŞAR XƏBƏRLƏR