Bu sözləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.B.Səfərov bildirib ki, ötən müddət ərzində həmsədrlərin işi tərəfləri görüşdürmək, bu yöndə vasitəçilik etmək olub. Münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidentinin siyasi iradə nümayiş etdirdiyini icma rəhbərinin sözlərinə görə, dövlət başçısı ölkəmizin prinsipial mövqeyini dəfələrlə bəyan edib və Azərbaycan xalqı bu mövqeyi tamamilə dəstəkləyir. Onun fikrincə, Ermənistan prezidenti isə siyasi iradə nümayiş etdirə bilmir. Belə ki, münaqişənin həlli ilə bağlı razılaşma mərhələsinə çatanda Ermənistan tərəfi problem yaradaraq vaxtı uzadır.«Azərbaycan xalqı münaqişənin uzanmasının əleyhinədir. Bu gün Azərbaycan bütün sahələr, o cümlədən hərbi sahə üzrə inkişaf edir. Ordumuz güclənib və torpaqlarımızın işğaldan azad olunmasının vaxtı da çatıb»- deyə, B.Səfərov qeyd edib.