Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2011-ci il yanvarın 1 və 2-si isə Yeni il bayramıdır. Yanvarın 1-i və 2-si həftənin şənbə-bazar günlərinə düşdüyündən, qüvvədə olan Əmək Məcəlləsinə əsasən, yanvarın 3-ü və 4-ü də qeyri-iş günü hesab olunur.