Bayramda Qız Qalası və "Şirvanşahlara" giriş pulsuz olacaq

MARAQLI
12:45 28.08.2011
2098
Ramazan bayramı münasibətilə avqustun 30-da İçərişəhərdə yerləşən bütün muzeylərə, Qız Qalası və “Şirvanşahlar Sarayı Kompleksinə” giriş pulsuz olacaq. Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Həmin gün ziyarətçilərin İçərişəhərin mədəni irsi, tarixi abidələri ilə tanış olmaları üçün pulsuz ekskursiyalar da təşkil olunacaq. Tədbirlər çərçivəsində eyni zamanda “İçərişəhər” tarixi muzeyi tərəfindən “Qədim Şəhərdə bir gün” adlı tədbir keçiriləcək, 11 nömrəli Xüsusi internat məktəbinin valideyn himayəsindən məhrum uşaqları üçün İçərişəhərdə gəzinti təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR