Bəs qiymətlər necədir?
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bayrama az qalsa da, çərəzlərin qiymətində artım yoxdur.
Meyvə-tərəvəzlərin qiymətində də ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloəramı 4-5, portağal isə 3-4 manatadır.
Pomidorun kiloqramı 4 manat-4,50 qəpik, xiyarın kiloqramı isə 3 manat-3,50 qəpik arasında dəyişir.
Süfrələri bəzəyəcək səmənilər də artıq satışa çıxıb. Qiymətləri 1 manatdan başlayır, 8 manata qədər davam edir.










































