Bayraq dirəyi niyə söküldü? - RƏSMİ AÇIQLAMA

Bayraq dirəyi niyə söküldü? - RƏSMİ AÇIQLAMA
SOSİAL
11:35 08.08.2017
6103
"Bayraq dirəyi texniki göstəricilərinə görə çox mürəkkəb qurğudur. Hazırda təlimata uyğun olaraq ümumi texniki baxış keçirilir və işlər qiymətləndirilir”.
 
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən xəbərinə görə, bu sözləri Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bayraq dirəyinin sökülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən zaman deyib. O bildirib ki, bu dəfə görülən işlər ildə bir-iki dəfə keçirilənlərdən fərqlidir və əsaslı texniki baxışdır.
 
"Onsuz da hər il bir-iki dəfə texniki baxış keçirilir, ancaq bu, əsaslıdır. Nəzərə alsaq ki, artıq uzun müddətdir ki, dirək fəaliyyət göstərir, ona görə də bu, öncədən planlaşdırılmış bir işdir. Məqsədimiz metal konstruksiyaların dayanıqlılığını dəyərləndirməkdir.
 
Bilirik ki, Bakı küləkli şəhərdir və külək zamanı dirək tərpənmək imkanına malikdir. İndi biz baxacağıq ki, metal konstruksiyaların vəzyyəti nə yerdədir. Dirək hissə-hissə sökülərək baxış keçiriləcək, tamamilə sökülmə ehtimalı yoxdur.
 
Əgər hər hansı bir problem ortaya çıxarsa, aradan qaldırılacaq. Ancaq bugünkü gündə hələ ki elə bir şey görülməyib. Hündürlüyündə hər hansı bir dəyişikliyin olub-olmaması ilə bağlı hazırda məndə məlumat yoxdur”.
 
Şöbə müdiri qeyd edib ki, vəziyyətdən asılı olaraq texniki baxış müddəti uzun və ya qısa ola bilər: "Kranların gəlməsi, ərazinin bağlanılması sadəcə hazırlıq işləri idi, ancaq bir-iki gündür ki, texniki baxış başlayıb. Əgər heç bir problem olmasa, dirək və bayraq tez bir zamanda bərpa olunacaq. Nəsə bir nasazlıq və hansısa detalın dəyişməsi lazım gələrsə, əlavə vaxt apara bilər. Ona görə, qabaqcadan dəqiq tarix vermək olmur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla bağlı şərtini açıqlayıb
19:46 22.06.2025
ABŞ İranla bağlı şərtini açıqlayıb
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
19:27 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
"Bitcoin" kəskin ucuzlaşdı
19:22 22.06.2025
"Bitcoin" kəskin ucuzlaşdı
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir