‘Bazarlarda kriminalın səbəbi ticarətçilərin və rəsmilərin işbirliydir’ - Putin

‘Bazarlarda kriminalın səbəbi ticarətçilərin və rəsmilərin işbirliydir’ - Putin
DÜNYA
01:49 01.08.2013
1390

Rusiya prezidenti Vladimir Putin keçən həftə Moskvanın Matveyevsk bazarında olan hadisəyə görə, hüquq-mühafizə orqanlarını tənqid edib.

«Milis əməkdaşları yaxınlıqda dayanıb həmkarlarının döyülməsinə baxırlar. Niyə? Onlar yəni belə qorxaqdırlar? Ola bilər, amma az inandırıcıdır. Çox yəqin ki, onlar özlərinin hərəkətsizliyi ilə alverçilərdən aldıqları rüşvətə borcludurlar. Bu hər kəsə məlumdur və aydındır. Yalnız Daxili işlər nazirliyinin daxili təhlükəsizlik xidmətinin bundan xəbəri yoxdur! Hanı onların işinin nəticəsi?», deyə dövlət başçısı iri ticarət məntəqələrində kriminalla mübarizəyə həsr olunmuş xüsusi müşavirədə bildirib.

Müşavirədə Moskva merinin vəzifələrini icra edən Sergey Sobyanin, Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev və Federal miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski iştirak ediblər.

«Biz yalnız insanlar buna dözməyin mümkün olmadığı açıq deyəndə və yaxud son hadisədəki kimi DİN əməkdaşının başı yarılanda bu istiqamətdəki müəyyən münaqişələrə reaksiya veririk», deyə prezident əlavə edib.

Onun fikrincə, ticarət məntəqələrində kriminal vəziyyətin səbəbi ticarət və hakimiyyət nümayəndələrinin çulğalaşmasındadır. «Bunun ticarətçilərin etnik mənsubiyyəti ilə heç bir əlaqəsi yoxdur», deyə Putin bəyan edib.

OXŞAR XƏBƏRLƏR