'BAZARSTORE' supermarketlər bazarında kimləri 'yıxdı'? - DƏHŞƏTLİ FAKTLAR - AYLIQ CƏDVƏL

İQTİSADİYYAT
18:20 02.11.2012
7590
AZXEBER.COM portalının Azərbaycanda fəaliyyət göstərən supermarketlərlə bağl araşdırması davam edir. Tanınmış marketoloq Tural Abdullayevin supermarketlərin bu aya olan vəziyyəti ilə bağlı araşdırmasını təqdim edirik...
BAZARSTORE --- şəbəkə yeni supermarket filialını “28 mall”-da açdı. Supermarket digər supermarketlərdən çoxçeşidliliyi ilə fərqlənir, amma qiymət yenə də cib yandırır. Bu açılış ən çox Neptun supermarketlər şəbəkəsini silkələdi. Belə ki, bu filialla şəbəkə müştərilərinin ən az 30 % -ni itirdi.
BOLMART --- Favoritdən heç bir funksiyası, xidməti ilə fərqlənmir. Supermarketi bir növ “Favorit”-in ideya oğrusu da adlandırmaq olar. Loto yarış keçirməklə fərlənmək istəyir.
MAKRO --- da durğunluqdur. Bonus kartlarının müştərilərə 50 azn-lik alış-veriş etdikdən sonra verilməsi onsuz da durğunluq yaşanan mağaza üçün mənfi göstəricidir.
ARAZ --- daxildə müəyyən dəyişikliklər etsə də, müştəriyə qazandıran heç bir addım atmır.
GRANDMART --- xidmətinin yaxşılaşdırılması və keyfiyyət faktoruna xüsusi diqqət ayırmağa başlayıb. Bu da idarəçilərin Türk olmasından qaynaqlanır.
LİFE --- günü-gündən hər göstəricidə geri gedən bir supermarket üçün heç bir ümid işığı görünmür. “Life”-a yeni başlanğıc lazım.
BİZİM --- hələ də anti-sanitariya və qeyri-peşəkarlığa davam edir, əsl bazar!
NEPTUN --- bahalı qiymət, aşağı xidmətlə müştərilərini itirməkdə davam edir.
SƏBƏT --- daxildə dəyişikliklər edərək böhran vəziyyətdən çıxmağa çalışır, çeşid azlığı və xidmətin olmaması isə bunu çətinləşdirir.
KONTİNENTAL --- bol-bol istehsal edilmiş çirkli pullar “Kontinental” mağazalarında təmizlənir.
CİTİMART --- bu market, görəsən, niyə hələ də işləyir?!
LİDER-AS --- girməməyiniz məsləhətdir.
FAVORİT --- qiyməti minumum aşağı çəkməyə çalışır. Hədiyyəli, kampaniya məhsulları çoxluq təşkil edir.  Fərqlilik və xeyriyyəçilik addımı ilə də “Favorit” olduğunu isbatlayır.
Aşağıdakı cədvəldə olan qiymət dəyərləndirməsi, marketlərin 100 ballıq göstəricinin neçə faizini yerinə yetirdiklərini göstərir. Hər kateqoriya 20 ballıq sistemlə qiymətləndirilib.

S/s

Supermarketlər

Bu aya olan göstəricilər.

1.

Favorit

79

2.

Bazarstore

76

3.

Bolmart

70

4.

Makro

59

5.

Grandmart

58

6.

Life

58

7.

Araz

56

8.

Bizim

55

9.

Rahat

54

10.

Neptun

48

11.

Lider-As

47

12.

Səbət

46

13.

Kontinental

41

14.

Citimart

35

Tural Abdullayev
Marketolog
Retail & Service üzrə Biznes Consultant
Tel:  051-909-81-36
OXŞAR XƏBƏRLƏR