BBC Brilliant Dadaşovanın ifasını yazdı

MAQAZİN
11:25 06.06.2013
1701

Dünən Brilliant Dadaşova TRT Türk telekanalında yayımlanan Erhan Konukun aparıcısı olduğu “Batıdan doğuya” verilişinin qonağı olub.AZXEBER.COM-un məlumatına görə, veriliş balaban ustası Əlixan Səmədovun ifası ilə açılıb. Bundan sonra aparıcı bildirib ki, Brilliant xanımın mayın 29-da Heydər Əliyev adına sarayda keçirilən konsetində iştirak edib və onun səsinin sehrinə düşüb. Yəqin elə bu səbəbdən də onun Brilliant xanıma ilk sualı “Bu uğurunuzun sirri nədir?” oldu. Brilliant xanım da konsert təəssüratlarını verilişin tamaşaçıları ilə bölüşdü.

Brilliant xanım 1 saatlıq veriliş müddətidən 40 il bundan əvvəl Ələkbər Tağıyevin Bəxtiyar Vahabzadəinin sözlərinə bəstələdiyi “Ana ürəyi”, xalq mahnılarımız “Küçələrə su səpmişəm”, “Tut ağacı” mahnılarını və Neşet Ertaşın “Dane-dane benleri yüzündə” mahnısını ifa etdi.

Aparıcı Erhan Konuk etiraf etdi ki, verilişdə musiqiyə çox yer ayırması səbəbsiz deyil:”Düşünürəm ki, Brilliant xanımın səsi və yorumu önündə əyilmək gərək”.

Erhan Konuk Brilliant Dadaşovadan İstanbulda BBC radiosu ilə olan iş birliyindən də danışmasını rica etdi. Brilliant xanım bildirdi ki, xüsusi olaraq bu radio üçün İstanbul studiyalarının birində “Vokaliz” mahnısını ifa edib. Onunla yanaşı radio Alim Qasımovun və Ağaxan Abdullyevin də ifalarında mahnılar lentə alıb.

“Çox sevindim ki, BBC radiosu ilə fikirlərimiz üst-üstə düşdü. Mən də həmişə oranjeman deyil, canlı səsin tərəfdarı olmuşam. Oranjeman mahnılar məni qane etmir. Çünki oranjeman mahnılarda robot, düzəltmə, səslər olur. Şəxsən mən özüm canlı səslı səs dinləyirəm. BBC-də də bildirdilər ki, canlı səs yazmaq istəyirlər. Əlbəttə ki, mən müsiqiçilərimlə bu mahnını onlar üçün ifa etdik”

Qeyd edəki, BBC beynəlxalq radiodur və demək olar ki, dünyanın əksər ölkələrində yayımlanır. O cümlədən Azərbaycanda da. Azərbaycan dili isə BBC-nin dünya xidməti verilişlərinin dünyaya yayımlandığı 43 dildən biridir.

OXŞAR XƏBƏRLƏR