“BBC”-nin əməkdaşı həbs edildi

MARAQLI
11:37 27.09.2011
1536
“BBC” telekanalının verdiyi məlumata görə, 71 yaşlı aparıcı efirdə yalan danışdığı üçün 90 sutkalıq həbs cəzası alıb. 
AZXEBER.COM Merkez.az-a istinadən bildirir ki, kanalın sənədli filmlər verilişinin aparıcısı efirdə bildirib ki, guya o, can verən sevgilisinə həyatdan köçməyə kömək edib. Onun bu sözləri apardığı sənədli videomaterialda səslənib “Mən bir dəfə cavan bir adamı öldürmüşəm. O, mənim sevgilim idi və QİÇS xəstəliyindən əziyyət çəkirdi. Mən balışla ölənə qədər onu boğdum və öldürdüm”. Ancaq o, nə ölənin adını, nə də hadisənin nə zaman baş verməsi haqda bir məlumat deməyib. Proqram bitəndən dərhal sonra aparıcı polis tərəfindən saxlanılsa da, sonradan bunun yalan olduğu məlum olub.Elə buna görə də Qoslinqə 90 sutkalıq yalan danışdığı üçün həbs cəzası verilib.

OXŞAR XƏBƏRLƏR