BBC və Britaniya parlamentinin qarşısında etiraz aksiyaları keçirilib

BBC və Britaniya parlamentinin qarşısında etiraz aksiyaları keçirilib
SOSİAL
18:30 28.07.2020
866

İyulun 28-də Londonda Böyük Britanıya parlamenti və BBC teleradio korporasiyasının binaları qarşısında etiraz yürüş-mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZXEBER.COM-un verilən məlumata görə, Britaniyada yaşayan azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına və işğalçı siyasətinə etiraz məqsədilə təşkil etdikləri yürüş-mitinq BBC-nin binası qarşısından başlayıb.

Türk icması üzvlərinin də qatıldıqları aksiyada Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərimizin şəkilləri, müxtəlif şüarların yazıldığı plakat və bannerlər nümayiş etdirilib. Əraziyə gələn bir qrup erməni təxribata cəhd etsə də, London polisinin müdaxiləsi nəticəsində heç bir insident baş verməyib.

Azərbaycanın dövlət himnini, "Əsgər marşı" və digər vətənpərvər mahnıları birlikdə səsləndirən soydaşlarımız Ermənistanın işğalçı və təcavüzkar siyasətinə kəskin etirazlarını bildiriblər. BBC kimi nüfuzlu media korporasiyasından Azərbaycan həqiqətlərinin dürüstcəsinə işıqlandırılması, işğalçının beynəlxalq hüquq normaları və bəşəri dəyərlərlə bir araya sığmayan əməllərini ifşa edəcək xəbərlərin və reportajların yayımlanması tələb olunub.

Sonra soydaşlarımız etiraz aksiyasını davam etdirərək Böyük Britaniya parlamentinin qarşısında toplaşıblar. Aksiya boyu soydaşlarımızın önündə və bütün gün ərzində Azərbaycan həqiqətlərini özündə əks etdirən təşviqat maşını hərəkət etmiş, dünyada yaşayan azərbaycanlıların, o cümlədən uşaqların müraciətləri ilə ictimaiyyətin diqqətini cəlb edib. Parlamentin qarşısında aksiya iştirakçılarının müraciəti səsləndirilib.

Böyük Britaniya hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, BMT-nin qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə rəsmi Ermənistana təzyiqlər göstərilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpasının təmin olunması üçün qətiyyətli addımlar atılması tələb olunub

Yürüş-mitinq zamanı "Qarabağ Azərbaycandır!", "Erməni işğalına və təcavüzünə son qoyulsun!", "Biz Qarabağdanıq!", "Qarabağa ədalət!" "Biz yalnız ədalət istəyirik!", "Biz Qarabağı istəyirik!", "Biz sülh istəyirik!", "Yaşasın azad Azərbaycan!", "Ermənistan terrorçudur!", "Erməni qartillərini dayandırın!" şüarları səsləndirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı