xari

BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağlayıb? - AÇIQLAMA

SOSİAL
13:35 27.01.2021
1211

Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı müqavilə bağlanıb. 

AZXEBER.COM xəbər verir ki, layihələndirmə işlərini "AAB LAYİHƏ-TİKİNTİ" MMC görəcək.

Bəzi KİV-lərdə yayılan məlumata görə, müqavilənin şərtlərinə görə, BDU şirkətə 330 min manat ödəyəcək. Məlumatda həmçinin o da qeyd olunur ki, "AAB LAYİHƏ-TİKİNTİ" MMC 7 dekabr 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi ev 80,m.6-dır. 

BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri Günel İsgəndər məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib. 

O bildirib ki, əslində müqavilənin dəyəri 330 min deyil, 33 min manatdır: 

"Bakı Dövlət Universitetinin (BDU) 2020-ci il 22 oktyabr tarixində elan etdiyi "BDU-nun tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması” açıq tenderinin qalibi 33000 (otuz üç min) manat tender təklifi ilə "AAB LAYİHƏ-TİKİNTİ" MMC elan olunmuş və qalib şirkətlə satınalma müqaviləsi bağlanılmışdır.

Tenderin nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2021-ci il 12 yanvar tarixində qeydə alınmışdır. Tender haqqında bütün məlumatlar www.tender.gov.az saytında yerləşdirilmişdir.

Lakin texniki səhv olaraq tenderin qalibinin təklifi 33000 (otuz üç min) manat əvəzinə 330000 (üç yüz otuz min) manat kimi göstərilmişdir. Texniki səhv aradan qaldırılmışdır. Tender haqqında ətraflı məlumat almaq istəyənlər www.tender.gov.az saytında tanış ola bilərlər".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA