Ötən həftədən etibarən "Facebook" sosial şəbəkəsində filmin anonslar yerləşdirilmişdi. Filmə bilet isə 2 AZN idi. "Aşk Tutulması" bu gün saat 14.00-da nümayiş etdirilməliydi. Amma "Facebook"da BDU-BAKU STATE UNİVERSİTY filmin baş tutmayacağı yazılıb: "Aşk Tutulması filmi texire salindi!!!!.
Filmin təşkilatçısı Elmar Quliyev bu haqda AZXEBER.COM-a eksklüziv məlumat verib: "Film bu gün olmalı idi. Amma məlum oldu ki, sabah BDU-nun yeni korpusunda Dövlət İmtahanı keçiriləcək və bu səbəbdən bina bu gündən nəzarətə götürülüb. Əslində, burada əsas günah bizdədir ki, əvvəlcədən bununla maraqlanmamışdıq. Filmə bilet alanlara demək istəyirəm ki, narahat olmasınlar. Bu film gələn həftə mütləq nümayiş etdiriləcək. İstəməyənlər isə pullarını geri ala bilərlər".