BDU-da “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində təlimlər start götürdü – FOTO/VİDEO

BDU-da “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində təlimlər start götürdü – FOTO/VİDEO
MEDIA
14:22 22.01.2025
603
Bakı Dövlət Universitetində "Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində "Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlər başlayıb.

AZXEBER.COM xəbər verir ki, təlimlər, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mətbuat Şurası və "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə medianın fotojurnalistika sahəsi üzrə mütəxəssislər, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu, Jurnalistika fakultəsinin dekan müavini Samir Xalidoğlu, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və tələbələr iştirak ediblər.

Təlimi açıq elan edən dekan müavini Samir Xalidoğlu bildirib ki, aşağı kurs tələbələrinin maraq göstərərək təlimə yazılması sevindirici haldır. "Bu təlimin tələbələr üçün əhəmiyyəti böyükdür. Oxuduqları ixtisasın fotojurnalistika sahəsini öyrənmək digərləri ilə müqayisədə bir pillə öndə olmaq deməkdir”, – deyə o bildirib.
 
Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu isə təlimlə bağlı ideya ortaya qoyulduqda xüsusilə jurnalistika fakultəsində keçirilməli olduğunu diqqətə çatdırıb. "Düzdür, əlavə alternativlər var idi. Lakin fotojurnalistikaya həm tələbat, həm də marağın olması təlimin məhz jurnalistika fakultəsində həyata keçirilməsini daha məqsədəuyğun edir”, – deyə dekan qeyd edib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər əlavə edib ki, bu gün texnologiya əlimizdəki telefonlar ilə gəlir əldə etməyə imkan verir. "İnsan işindən gəlir əldə etdikcə həmin peşəni ikiqat sevir. Belə bir təlimin keçirilməsi isə tələbələrin gələcək fəaliyyətində uğurlu olmasında mühüm rol oynayır”, – o deyib.

Çıxışlardan sonra "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin fotojurnalistika sahəsindən necə gəlir əldə etməklə bağlı hazırladığı film tələbələrə nümayiş etdirilib.

Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin müəllimi, fotojurnalistika üzrə mütəxəssis Mirakif Babayev təlimə başlayıb və tələbələri bu sahənin ilkin anlayışları barədə məlumatlandırıb.

Xatırladaq ki, "Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində "Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda keçirilən təlim 4 gün davam edəcək.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib