BDU-nun dosenti Kürdəmirdə mühazirə oxuyub - FOTOLAR

BDU-nun dosenti Kürdəmirdə mühazirə oxuyub - FOTOLAR
SOSİAL
14:07 16.09.2016
2527
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun ilboyu keçirdiyi layihəyə əsasən BDU-nun dosenti Sevinc Aliyeva T.Ismayilov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə 150 nəfərdən ibarət müəllim və şagird kollektivinin qarşısında "Heydər Əliyev və Azərbaycançılıq movzusunda mühazirə oxuyub.
AZXEBER.COM xəbər verir ki. diskussiya şəraitində keçən tədbirdə məktəbin müəllimi Almaz Paşayeva çıxış edərək, məktəblilərə vətənpərvərlik hissinin aşılandığını və şagirdlərin dövlətə, dövlətçiliyə bağlı olduqlarını dilə gətirib.
10-cu sinif şagirdi İlqar Məmmədov, 9-cu sinif şagirdi Elşən İsmayilov söhbətə qoşularaq "Vətən hardan başlayır" sualına "vətən hər birimizin dünyaya göz açdığı ailədən" deyərək cavab veriblər.
1 saylı Kürdəmir şeher orta mektebin direktoru Vüqar Nəsirov, direktor müavinləri Rafail Məmmədov və İlhamə Balayeva da tədbirdə çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR